Türkiyə millisinin sabiq futbolçusu reanimasiyaya yerləşdirildi

16.11.2024

Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.

Türkiyə millisinin və "Beşiktaş"ın sabiq futbolçusu Tayfur Havutçu müalicə aldığı xəstəxanada reanimasiyaya yerləşdirilib.

Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, veteran müdafiəçi onkoloji xəstəlikdən əziyyət çəkir.

Keçmiş futbolçunun vəziyyəti ilə bağlı açıqlama verən həyat yoldaşı onun təxminən 1 həftə əvvəl infeksiyaya yoluxduğu üçün xəstəxanaya yerləşdirildiyini bildirib. O, Havutçunun durumunun normal olduğunu söyləyib.

Qeyd edək ki, Tayfur Havutçu 1994-2004-cü illərdə Türkiyə millisində çıxış edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью