Türkiyə millisinin üzvü “Dortmund”a geri qayıdıb

29.01.2025

Icma.az, Apasport saytına istinadən bildirir.

Almaniya Bundesliqası komandalarından “Borussiya Dortmund” icarədə olan futbolçusunu geri çağırıb.

Apasport.az xəbər verir ki, söhbət Salih Özcandan gedir.
Mövsümün əvvəlində 1 illik icarə əsasında “Volfsburq”a göndərilən yarımmüdafiəçi, komandaların razılaşmasına əsasən “Dortmund”a geri qayıdıb.

Bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Klubun həmin mövqedə olan oyunçusu Feliks Nmeçanın zədələnməsi səbəbilə belə bir qərar verdiyi bildirilib.
Qeyd edək ki, Türkiyə millisinin üzvü bu mövsüm “Volfsburq”un heyətində 12 rəsmi matçda çıxış edib.

Balotelli İtaliya klubundan ayrıla bilər “Real” Kurtuanın vəliəhdini tapdı Anderson Talişka “Fənərbaxça”da - RƏSMİ “Roma” Braziliya millisinin üzvü ilə maraqlanır Sabiq “Fənər”li “Torino”ya keçə bilər
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью