Türkiyə millisinin üzvü Fənərbağça nı bu kluba dəyişdi

25.01.2025

Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyə millisinin və “Fənərbağça”nın müdafiəçisi Samet Akaydın klubunu dəyişib.

Fanat.Az xəbər verir ki, İstanbul nəhəngi 30 yaşlı futbolçu ilə yollarını ayırıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onunla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Sametin yeni klubu da məlumdur. O, “Rizespor”a keçib. Müdafiəçi qaradənizlilərlə 1,5 illik müddətə müqavilə imzalayıb.

Akaydın bu mövsüm "Fənərbağça"nın heyətində bütün turnirlərdə cəmi 7 oyuna çıxaraq 1 qola imza atıb.

Mirağa

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью