Türkiyə millisinin üzvü İtaliya yolunda

21.01.2025

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

Türkiyə millisinin və “Fənərbaxça”nın futbolçusu İsmail Yüksek karyerasını İtaliyada davam etdirə bilər.

Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, A Seriyası təmsilçilərindən “Kalyari” 25 yaşlı futbolçu ilə maraqlanır. 

İstanbul klubunun yarımmüdafiəçisi qış “transfer pəncərəsi” zamanı “Kalyari”yə keçə bilər. Bu qış alınmasa, italyanlar yayda onunla müqavilə imzalamağa çalışacaq. 

Yüksek 2020-ci il avqustun 19-da “Bursaspor”dan “Fənərbaxça”ya keçmişdi. Onun Türkiyə klubu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. 

Premyer Liqa: "Çelsi" uğursuz seriyaya son qoyub "Qalatasaray"dan Asensio bombası Okan Burukun istədiyi hücumçu Bundesliqa klubuna keçir Özbək futbolçu Premyer Liqa tarixinə düşüb Alonso “Real”ı çalışdıra bilər
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью