Türkiyə millisinin üzvü Portuqaliyada son iki ayın ən yaxşı futbolçusu seçilib AzPolitika onlayn siyasiictimai qəzet

05.11.2024

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyə millisinin və "Benfika"nın üzvü Kerem Aktürkoğlu sentyabr və oktyabr ayları üçün Portuqaliya çempionatının ən yaxşı futbolçusu seçilib.

"Report" xəbər verir ki, 26 yaşlı hücumameyilli yarımmüdafiəçi 5 matçda 5 qol vurub və 2 assist edib.

Bununla da o, son iki ayın ən yaxşı oyunçusu adına layiq görülüb.

Qeyd edək ki, cari mövsümün əvvəli "Qalatasaray"ı "Benfika"ya dəyişən K.Aktürkoğlu Çempionlar Liqasında da 3 dəfə rəqib komandaların qapılarına yol tapmağı bacarıb

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью