Türkiyə millisinin üzvü Premyer Liqada tarix yazıb

13.01.2025

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İngiltərə Kubokunda "Mançester Yunayted" "Arsenal"la qarşılaşıb. 

Apasport.az xəbər verir ki, əsas vaxtı 1:1 hesabı ilə başa çatan matçın nəticəsi penaltilər seriyasında bəlli olub. 

Belə ki, "qırmızı şeytanlar" bu mərhələdə "topçular"ı 5:3 hesabı ilə məğlub edib. 

Türkiyə millisinin və "Mançester Yunayted"in qapıçısı Altay Bayındır matçdakı çıxışı ilə Premyer Liqada tarix yazıb. 

Oyuna əsas heyətdə başlayan Altay biri əsas vaxtda olmaqla, 2 penalti dəf edərək 10 nəfər qalan komandasını növbəti mərhələyə daşıyıb. 

Digər tərəfdən, Altay Bayındır 2013-2014-cü ildən bəri İngiltərə Kuboku matçında əsas vaxtda və penaltilər seriyasında penaltini dəf edən ilk Premyer Liqa qapıçısı olub.

"Benfika" Portuqaliya Liqa Kubokunu qazanıb "Bavariya" 3 xalı 1 qolla qazandı Van Persinin oğlu "Feyenoord"la müqavilə imzalayıb Billinq "Napoli" ilə müqavilə imzalayıb "İnter"in futbolçusu "Tottenhem" yolunda
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью