Türkiyə millisinin üzvü qərarını verdi

29.01.2026

Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Roma" ilə müqaviləsi mövsümün sonunda başa çatan Zeki Çelik gələcəyi ilə bağlı qərarını verib.

Sportal.az xəbər verir ki, türkiyəli müdafiəçi A Seriyası təmsilçisindən ayrılacaq. Bu barədə insayder Nikolo Skira məlumat yayıb.

28 yaşlı futbolçu yeni sözləşmə təklifini qəbul etməyib. Təcrübəli sağ cinah müdafiəçisi yayda azad agent statusu ilə paytaxt klubunu tərk edəcək.

Qeyd edək ki, "Roma" Zeki Çeliki 2022-ci ilin yayında "Lill"dən 7,4 milyon avroya transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm "canavarlar"ın heyətində meydana çıxdığı 27 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью