Türkiyə millisinin üzvü Real ın hədəfində

14.10.2025

Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Yuventus"un futbolçusu Kenan Yıldız karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, türkiyəli vinger "Real"ın diqqət mərkəzindədir. Bu barədə "Defensa Central" məlumat yayıb.

"Kral klubu" Kenanı yayda satılacağı gözlənilən Vinisius Juniorun əvəzləyicisi kimi düşünür. "Real"ın məşqçilər korpusu "Yuventus"la Çempionlar Liqasında keçirəcələri oyunda yaxından izləyəcəklər.

Qeyd edək ki, Kenan Yıldız bu mövsüm "Yuventus"un heyətində meydana çıxdığı 12 rəsmi matçda 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью