Türkiyə millisinin üzvü “Yuventus”la yeni müqavilə imzalayacaq

02.02.2026

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İtalyanın "Yuventus" klubu hücumameyilli yarımmüdafiəçisi Kenan Yıldızla ilə yeni müqavilə imzalaycaq. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzetta Dello Sport" məlumat yayıb.

20 yaşlı türkiyəli futbolçunun müqaviləsi 2029-cu ildən 2030-cu ilə qədər uzadılacaq.


Müqavilənin şərtlərinə əsasən, Kenan Yıldızın illik maaşı 1,7 milyon avrodan 6 milyon avroya qədər artırılacaq. Rəsmi imza mərasimi Latsio ilə oyundan sonra, bazar günü keçiriləcək.

Qeyd edək ki, Kenan Yıldız "Yuventus" klubunun öz yetirməsidir. O, komandanın heyətində 121 oyun keçirib 25 qol vurub və 14 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı onun bazar dəyərini 75 milyon avro olaraq qiymətləndirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью