Türkiyə MİT i Pakistanda əməliyyat keçirdi Saxlanılan var

02.06.2025

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) və Pakistan kəşfiyyat təşkilatı İSİ ilə birgə keçirdiyi əməliyyatda axtarılan İŞİD liderlərindən biri olan Özgür Altun Pakistan-Əfqanıstan sərhədində ələ keçirilib.

MİT, Avropa və Orta Asiyadan gələcək İŞİD üzvlərinin Əfqanıstan-Pakistan bölgəsinə türk əsilli şəxs vasitəsilə keçəcəyini, həmin şəxsin eyni zamanda təşkilatın media və logistikadan cavabdeh İŞİD üzvü olduğunu müəyyən edib.

Araşdırmalar nəticəsində həmin şəxsin Əbu Yasir Əl-Türki ləqəbli Özgür Altun olduğu müəyyən edilib.

Daha sonra MİT və İSİ tərəfindən həyata keçirilən əməliyyat nəticəsində İŞİD üzvü Altun Pakistan-Əfqanıstan sərhədində tutularaq Türkiyəyə deportasiya edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью