Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.
Türkiyənin Milli Müdafiə Nazirliyi (MMN) 27 Sentyabr – Anım Günü ilə bağlı Azərbaycanın suverenliyi uğrunda şəhid olanların xatirəsini anıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə nazirliyin "X" sosial şəbəkə hesabında paylaşım edilib.
"Qəhrəman Azərbaycan ordusunun Qarabağdakı işğal edilmiş torpaqlarını azad etmək üçün başlatdığı və zəfərlə nəticələnən şanlı mübarizənin ildönümündə qəhrəman şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə sağlam və xoşbəxt həyat diləyirik", - paylaşımda bildirilib.