Türkiyə MN Azərbaycanı təbrik edib

17.11.2025

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanı 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə təbrik edib.

Bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.

"37 il əvvəl milli diriliş ruhu ilə müstəqilliyə doğru irəliləyən və Qarabağda böyük zəfər qazanan azərbaycanlı qardaşlarımızın Milli Dirçəliş Gününü təbrik edir, "Bir millət, iki dövlət" şüarı ilə hər zaman bir və birlikdə olacağımızı bir daha bəyan edirik", - paylaşımda qeyd olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью