Türkiyə MN: Azərbaycanla bir ürək, bir yumruq olmağa davam edəcəyik

15.09.2025

Icma.az, Apa.az saytına istinadən bildirir.

Azərbaycanla bir ürək, bir yumruq olmağa davam edəcəyik.

APA-nın Türkiyə bürosu xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi “X” sosial şəbəkəsində paylaşım edərək, Bakının düşmən işğalından azad edilməsinin 107-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib. Paylaşımda Nuri Paşa və Qafqaz İslam Ordusunun qəhrəman şəhid və qaziləri rəhmət və minnətlə yad olunub. Nazirlik həmçinin “Azərbaycan türkü qardaşlarımızla bir ürək, bir yumruq olaraq qalmağa davam edəcəyik” sözləri ilə dostluq və qardaşlıq mesajı verib.

Dəryanur Cəfərova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью