Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yanvarın 1-dən bu günə kimi həyata keçirilən terror əməliyyatlarında İraqın şimalında 186, Suriyanın şimalında isə 266 nəfər olmaqla məhv edilən terrorçuların sayı 452-yə yüksəlib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə Nazirliyi həftəlik mətbuat konfransında açıqlayıb.
Konfransda verilən açıqlamada deyilib: "Həyata keçirilən terrorla mübarizə əməliyyatlarında: - Son bir həftədə 44 terrorçu zərərsizləşdirilib.
- Beləliklə, yanvarın 1-dən zərərsizləşdirilən terrorçuların sayı 452-yə çatıb ki, onlardan 186-sı İraqın şimalında, 266-sı isə Suriyanın şimalındadır.
- Suriyanın şimalında həyata keçirdiyimiz "Bahar Qalxanı" əməliyyatının 5-ci ildönümündə (27 fevral 2020-ci il) əbədiyyətə qovuşmuş bütün əziz şəhidlərimizi və qəhrəman qazilərimizi bir daha rəhmətlə yad edirik.
Qazilərimizə, şəhid və veteranlarımızın dəyərli ailələrinə hörmət və minnətdarlığımızı bildiririk".
Oksana Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.