Türkiyə MN: Humanitar yardımların Qəzzaya davamlı çatdırılması regionda davamlı atəşkəs üçün şərtdir

06.03.2025

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Humanitar yardımların Qəzzaya müntəzəm şəkildə çatdırılması regionda atəşkəsin davamlı olması üçün şərtdir.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk həftəlik brifinqdə deyib.

O bildirib ki, İsrailin Qəzzaya humanitar yardımı dayandırması qəbuledilməzdir: "Bu, beynəlxaılq hüququn pozulmasıdır. Yaxın Şərqdə davamılı sabitlik yalnız fələstinlilərin ədalətsizliyə son qoyulması ilə mümkündür".

Qeyd edək ki, İsrail daha əvvəl Qəzzaya humanitar yardımların dayandırılmasını elan edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью