Türkiyə MN: İranla ABŞ arasında münaqişə istəmirik

29.01.2026

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə Milli Müdafiə Nazirliyi ABŞ və İran arasında yaşanan gərginliklə bağlı açıqlama yayıb.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, nazirliyin açıqlamasında rəsmi Ankaranın regionda mövcud gərginliklərdən narahatlıq keçirdiyi bildirilib.

Türkiyə MN regionda baş verə biləcək neqativ hallara qarşı aidiyyəti qurumlarla koordinasiyalı şəkildə bütün zəruri tədbirlərin görüldüyünü açıqlayıb.

“Türkiyə olaraq bölgəmizdə yeni gərginlik və qarşıdurmaların yaşanmasını istəmirik. Bütün münaqişələrin başa çatması, regionda sülh və sabitliyin bərqərar olması üçün səylərimizi davam etdiririk. Bununla yanaşı, yarana biləcək neqativ hallara qarşı dövlətimizin aidiyyəti qurumları ilə koordinasiyalı şəkildə bütün zəruri tədbirlər görülür”, - açıqlamada qeyd olunub.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью