Türkiyə MN: Ölkənin hava məkanına yaxınlaşan PUA F 16 qırıcıları vasitəsilə zərərsizləşdirilib

15.12.2025

Icma.az, Apa.az saytına istinadən bildirir.

Türkiyənin Milli Müdafiə Nazirliyi Qara dəniz istiqamətindən hava məkanına yaxınlaşan, idarəetmədən çıxdığı müəyyən edilən pilotsuz uçuş aparatının (PUA) F-16 qırıcıları tərəfindən vurularaq zərərsizləşdirildiyini açıqlayıb.

APA nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, Qara dəniz üzərindən Türkiyənin hava məkanına yaxınlaşan naməlum hava hədəfi aşkar edilərək mövcud prosedurlar çərçivəsində nəzarətə götürülüb.

Hava məkanının təhlükəsizliyinin təmin edilməsi məqsədilə NATO və milli nəzarət sistemində olan F-16 qırıcılarına döyüş hazırlığı tapşırığı verilib.

Açıqlamada qeyd olunur ki, sözügedən hava hədəfinin idarəetmədən çıxmış pilotsuz uçuş aparatı olduğu müəyyən edilib və mümkün risklərin qarşısını almaq üçün yaşayış məntəqələrindən kənarda, təhlükəsiz ərazidə vurularaq məhv edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью