Türkiyə MN: Onlara qeyrisabitlikdən faydalanmağa heç vaxt icazə verməyəcəyik | Icma.az
Icma.az bildirir, Mia.az portalına istinadən. “Suriya Milli Ordusunun Əl-Babın cənubunda yerləşən Tel-Rıfat və Mənbic xəttində həyata keçird
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Milli Müdafiə naziri Yaşar Gülər parlamentin iclasındakı çıxşında deyib.
Nazir bildirib ki, qarşıdakı dövrdə siyasi həll yolu ilə Suriyada tam təhlükəsizlik və sabitliyin bərqərar olacağına ürəkdən inanır: "Bu çərçivədə təhlükəsizliyin və sabitliyin qorunması üçün əməliyyat bölgələrində qoşunlarımız tərəfindən lazımi tədbirlər görülür, sıx əməkdaşlıq və koordinasiya davam etdirilir.
Əslində, hazırda yaranmış qeyri-müəyyənlikdən istifadə edən terror təşkilatı - PKK/YPG-yə fürsət verilməyəcək".
Nazir əlavə edib ki, beynəlxalq ictimaiyyət Suriyadakı bu tarixi prosesi dəstəkləməlidir, eyni zamanda, İsrailin hərəkətlərinə səsini qaldırmalıdır.
Tahir Şəlvəli MİA.AZ Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu