Türkiyə möhtəşəm ölkədir, heç kim buna maneə ola bilməz Tramp

27.07.2026

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Türkiyə ABŞ-ın sadiq müttəfiqidir və heç kim bizə bu ölkəyə F-35 təyyarələrini tədarük etməyə mane ola bilməz.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp İsrail Baş naziri Benyamin Netanyahunun Türkiyəyə F-35-lərin satışına qarşı olması ilə bağlı sualı cavablandırarkən deyib.

"Türkiyə çox qüdrətli ölkədir. Möhtəşəmdir, çox böyük orduya sahibdir. Əla texnikaları var. Nəyi satıb-satmayacağımız barədə heç kim mənə göstəriş verə bilməz”, - Tramp qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью