Türkiyə müdafiə nazirindən Brüsseldə MÜHÜM GÖRÜŞLƏR

19.06.2026

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

Türkiyənin milli müdafiə naziri Yaşar Güler NATO müdafiə nazirlərinin toplantısı ilə bağlı Brüssel səfəri başa çatıb.

SİA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

"Türkiyənin NATO yanındakı Daimi Nümayəndəliyini, Türkiyənin NATO yanındakı Hərbi Nümayəndə heyətinin rəhbərliyini, Türkiyənin Brüsseldəki Baş Konsulluğunu və Brüsseldəki Hərbi Attaşesini ziyarət edən nazir Yaşar Gülər, həmçinin NATO-nun mənzil-qərargahında Fransa və Niderlandın müdafiə nazirləri ilə görüş keçirib", - paylaşımda bildirilib.

Əlavə olunub ki, NATO-nun "Nüvə Planlaşdırması Qrupu" və "Ukrayna üzrə Müdafiə Təmas Qrupu"nun iclaslarında iştirak edən nazir Yaşar Gülər sessiyalardan əvvəl və sonra bəzi həmkarları ilə qeyri-rəsmi söhbətlər də aparıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью