Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ankara, 24 aprel, AZƏRTAC
Türkiyə Milli Müdafiə Nazirliyində Osmanlı dövlətinin hakimiyyətdə olduğu son illərdə ermənilər tərəfindən qətlə yetirilmiş türklərin xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, aprelin 24-də mətbuat üçün yayılmış bəyanatda qardaş ölkənin müdafiə qurumu erməni quldur dəstələri tərəfindən Anadoluda törədilmiş qanlı cinayətlərə diqqət çəkib.
“1915-ci il hadisələri zamanı ermənilər tərəfindən qətlə yetirilmiş müdafiəsiz və günahsız türkləri bir daha xatırlayırıq”, – deyə Türkiyə Milli Müdafiə Nazirliyi qeyd edib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara