Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İstanbul, 27 yanvar, Günel Karatepe, AZƏRTAC
Türkiyə ötən il milli hava platformaları üzrə dizayn, seriyalı istehsal və təhvil-təslim mərhələsinə keçid edib. Ölkənin ən mühüm uğurları sırasında KAAN döyüş təyyarəsinin İndoneziyaya təxminən 15 milyard dollarlıq ixracatı müqaviləsi və 30 ədəd HÜRJET qırıcılarının İspaniyaya satışı yer alır.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Aviasiya və Kosmik Sənayesindən (TUSAŞ) açıqlama verilib.
Məlumata əsasən, 2025-ci ildən etibarən TUSAŞ əsas diqqəti HÜRJET, HÜRKUŞ, GÖKBEY, eləcə də pilotsuz uçuş aparatlarının seriya istehsalı və təhvilinə yönəldib. KAAN-ın P1 və P2 prototiplərinin bu il uçuşlara başlaması planlaşdırılır.
ANKA 3-cü pilotsuz təyyarəsinin isə yenilənmiş və daha “görünməz” xüsusiyyətlərlə 2026-cı ilin sonunda havaya qalxması nəzərdə tutulur.
TUSAŞ 2026–2027-ci illərdə ixrac və istehsal uğurlarını daha da artırmağı hədəfləyir.