Türkiyə mühacirlərin Suriyaya qayıtmasına və orada humanist şəraitdə yaşamasına şərait yar…
Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“13 ildir davam edən Suriya böhranında İsrail və Amerikanın dəstəyi ilə hərəkətə keçən HTŞ təşkilatının fəaliyyəti nəticəsində Əsəd Moskvaya qaçmalı olub.
1991-ci ildə Sovet İttifaqının dağılmasına bənzər mənzərə ilə üzləşən Suriya ərazisində bütün rəsmi sənədlər dağıdıldığı üçün bu qarışıqlıq dövründə Suriyadan gələn mühacirlərin hüquqları ilə bağlı ciddi problemlər yaşanacaq”.
Bu barədə Bizimyol.info xəbər portalına danışan Türkiyənin Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi analitik Hasan Oktay bildirib ki, bu qarışıqlıq zamanı Suriyadan Türkiyəyə gələn mühacirlər qayıdanda orada olduqlarını ancaq əllərində olan sənədlərlə sübut edə bilərlər.
Həsən Oqtay “Türkiyə Suriyada demokratik nizam qurulana və etimad mühiti qurulana qədər Suriyadan gələn mühacirlərin Türkiyədən geri qayıtması üçün addım-addım yol açacaq.
Çünki Türkiyə infrastrukturu çökmüş, dövlət mexanizmi sıradan çıxmış bir coğrafiyaya öz mühacirlərini göndərməyə tələsməyəcək”.
Politoloqun fikrincə, çünki Türkiyə bu mühacirlər vasitəsilə gələcəkdə Suriyada qurulacaq nizamda söz sahibi olmaq istəyir.
“Türkiyəyə gələnlərin yarısı vətəndaşlıq aldığı üçün ikili vətəndaşlıq qanunundan faydalanacaqlar.
Tam oxu
Xəbəri oxu