Türkiyə müxalifəti xalqı meydanlara səslədi

20.03.2025

Icma.az bildirir, Axar.az portalına istinadən.

İstanbul Böyükşəhər Bələdiyyəsi başqanı Əkrəm İmamoğlunun saxlanılmasına etiraz əlaməti olaraq CHP lideri Özgür Özəl xalqı kütləvi nümayişə dəvət edib.

Axar.az xəbər verir ki, Özəl İstanbulda Saraçhanedə bələdiyyə binası önündə xalqa çağırış edərək, bazar günü hər kəsi meydanlara çağırıb.

“Türkiyənin gələcək prezidentinə sahib çıxmağa səsləyirəm. Bazar günü minlər, on minlər, milyonlar birlikdə küçələrdə, meydanlarda, seçkidəyik”, - deyə o bildirib.

Qeyd edək ki, Türkiyənin ədliyyə naziri Yılmaz Tunç son hadisələr fonunda qanunsuz aksiyalarla bağlı xəbərdarlıq edib.

Xatırladaq ki, bu gün səhər İstanbul Bələdiyyə başqanı Əkrəm İmamoğlu və onlarla şəxs saxlanılıb. Ə.İmamoğluya qarşı terror təşkilatı ilə əlaqə və korrupsiya ittihamları irəli sürülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью