Türkiyə NATO da daha bir mövqe qazandı: Sayı 14 ə çatdı...

21.11.2026

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

NATO daxilində ikinci ən böyük hərbi qüvvəni təşkil edən Türkiyə Silahlı Qüvvələri, alyansın yüksək səviyyəli komandanlıq strukturunda daha nüfuzlu bir mövqe qazanıb. Türkiyə, malik olduğu hərbi imkanlar sayəsində Alyans daxilindəki rolunu gücləndirib.

Axar.az xəbər verir ki, bu barədə “Hürriyət” qəzeti məlumat yayıb.

Bildirilib ki, Türkiyə Milli Müdafiə Nazirliyinin TBMM-yə büdcə təqdimatı üçün hazırladığı sənəddə Türkiyə Silahlı Qüvvələrinin quru, dəniz və hava qüvvələri vasitəsilə NATO-nun hərbi fəaliyyətlərinə töhfə verdiyi qeyd olunub.

2024-cü ildən etibarən NATO-nun Qara Dəniz İşçi Qrupu Komandanlığına rəhbərlik edən Türkiyə, 2028-ci ilin ikinci yarısında Aralıq dənizi və Egey dənizində fəaliyyət göstərən NATO Daimi Dəniz Tapşırıq Qruplarından birinin komandanlığını öz üzərinə götürməyi planlaşdırır.

Sənəddə diqqət çəkən digər bir məqam isə NATO-nun komandanlıq strukturunda türk hərbi heyətinin iştirakının artmasıdır. Bu kontekstdə, general və admirallar üçün nəzərdə tutulan vəzifələrin sayının 9,5-dən 14-ə yüksəldiyi bildirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью