Türkiyə NATO sammitinə ev sahibliyi edəcək

01.07.2025

Icma.az bildirir, Modern.az portalına istinadən.

Türkiyə 2026-cı ildə paytaxt Ankarada keçiriləcək NATO sammitində çox mühüm qərarlar qəbul etmək üçün zəmin hazırlayacaq.

Modern.az “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Nazirlər Kabinetinin iclasının yekunlarına dair çıxışında deyib.

O qeyd edib ki, “bölgədə baş verən son hadisələr ölkə hakimiyyətinin Türkiyədə terrorun kökünün kəsilməsinə yönəlik başlatdığı prosesin nə qədər düzgün və strateji addım olduğunu təsdiqlədi”.

Ərdoğan əlavə edib ki, “Türkiyə öz milli təhlükəsizliyinə qarşı istənilən təcavüzkar hərəkətə qəti cavab verməyə hazırdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью