Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
“Turan Tovuz” və “Fənərbağça” klubları arasında keçirilməsi planlaşdırılan yoldaşlıq görüşünün detalları bəlli olub.
Futbolpress.az xəbər verir ki, bu barədə Tovuz təmsilçisinin rəsmisi Nəsimi Paşayev məlumat verib.
Klub rəsmisi qarşılaşmanın məkanı ilə bağlı müzakirələrə yekun vurulduğunu bildirib:
“Gəncə daxil olmaqla bir neçə stadion variantı dəyərləndirilirdi. Artıq son qərar verilib. Matç Tofiq Bəhrəmov adına Respublika stadionunda baş tutacaq. Hər hansı fors-mojor hal yaşanmazsa və hazırlıqlar plan üzrə gedərsə, qarşılaşma oktyabrın 3-də keçiriləcək”.