Türkiyə nəhəngi Lukmanı istəyir

15.10.2025

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

"Qalatasaray" qış transfer dönəmi öncəsi "Atalanta"nın ulduz futbolçusu Ademola Lukmanı gündəminə gətirib.

Fanat.Az xəbər verir ki, baş məşqçi Okan Burukun çox bəyəndiyi nigeriyalı futbolçu Çempionlar Liqası səviyyəsində çıxış edən bir komandaya keçmək istəyir.

Bu barədə məlumatı "Fotomaç" nəşri yayıb.

Həmvətəni Viktor Osimhenin “Qalatasaray”da oynaması Lukmanın qərarına müsbət təsir göstərir.

İstanbul klubu 26 yaşlı futbolçu üçün satın alma şərti ilə icarə təklifi hazırlamağı planlaşdırır.

Kamil Xudiyev

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью