Türkiyə nəhəngi Norşelland ın qapısını döyəcək

26.01.2026

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyənin "Qalatasaray" klubu gələcək vəd edən gənc futbolçuları heyətinə qatmaq siyasətini davam etdirir.

Fanat.Az xəbər verir ki, "sarı-qırmızılılar" Danimarkanın "Norşelland" klubunda çıxış edən 20 yaşlı qanalı yarımmüdafiəçi Kaleb Yirenkini transfer siyahısına əlavə edib.

Türkiyəli jurnalist Burhan Can Terzinin məlumatına görə, İstanbul təmsilçisi sürəti və universallığı ilə seçilən futbolçu üçün artıq araşdırmalara başlayıb.

Bu mövsüm Danimarka təmsilçisinin heyətində 17 rəsmi qarşılaşmada meydana çıxan gənc istedad, ümumilikdə 1444 dəqiqə meydanda qalaraq 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. İntizam qaydalarına qarşı bir qədər aqressiv oyunu ilə diqqət çəkən Yirenki cari mövsümdə 5 sarı vərəqə ilə cəzalandırılıb.

"Norşelland"ın gənc ulduz üçün 20 milyon avro tələb etməsi transfer danışıqlarının əsas müzakirə mövzusudur.

Kamil Xudiyev

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью