Türkiyə nəhəngi ulduz futbolçunu göndərir

01.02.2025

Icma.az, Metbuat portalına istinadən məlumat verir.

"Fənərbaxça"nın mövsümün əvvəlində "Əl Əhli"dən icarəyə götürdüyü Allan Saint-Maxim “Napoli”yə transfer ola bilər.

Metbuat.az xəbər verir ki, İtaliya klubu icarə üçün "Əl Əhli" ilə anlaşıb. Fabrizio Romanonun sözlərinə görə, "Napoli" və "Əl Əhli" Maksiminin yarımmövsüm transferi üçün razılığa gəliblər. “Napoli” Maksimin üçün “Əl Əhli”yə 4 milyon avro ödəyəcək.

Qeyd edək ki, "Fənərbaxça"nın Allan Saint-Maximi klubdan göndərmək istədiyi barədə xəbərlər dərc edilmişdi. Futbolçu "Fənərbaxça"da 24 matçda 3 dəfə fərqlənib, 4 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью