Türkiyə onun qatillərini BƏƏyə verdi

27.11.2024

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İki gün əvvəl Birləşmiş Ərəb Əmirliklərində öldürülən israilli ravvinin qatilləri Türkiyənin Milli Kəşfiyyat İdarəsinin (MİT) təşkil etdiyi gizli əməliyyatla yaxalanıb. SİA bu barədə “NTV Türkiyə”yə istinadən xəbər verir. Ravvin Tzvi Koqanı öldürən üç Özbəkistan vətəndaşının qaçdığı müəyyən edildikdən sonra BƏƏ hökuməti Türkiyədən kömək istəyib. Milli Kəşfiyyat Təşkilatı ravvini öldürən cinayətkarların tutulması üçün işlərə başlayıb.

Məlumata görə, şəxslər İstanbula enərkən onların mindiyi taksi MİT və polis tərəfindən izlənilib. Polis qrupları taksini yoxlanış üçün saxlayıb və BƏƏ tərəfindən axtarılan 3 nəfəri yaxalayıb. Bildirilib ki, ravvini qətlə yetirən 28 yaşlı Alimbay Tahiroviç, 28 yaşlı Mahmudcan Abdurrahim və 33 yaşlı Azizbek Kamiloviç cinayət törətdikləri ölkə olan BƏƏ-yə təhvil verilib.

Qeyd edək ki, Tzvi Koqan İsrail və Moldova vətəndaşıdır. O, 2020-ci ilin sonunda İsrail və BƏƏ arasında diplomatik əlaqələr qurduqdan sonra Əbu-Dabidə yaşayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью