Türkiyə ordusu 16 terrorçu zərərsizləşdirib

08.11.2024

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Türkiyə İraqın şimalındakı "Gara" və "Hakurk" bölgələrində 10 PKK terrorçusu, Suriyanın şimalında yerləşən "Fərat Qalxanı" və "Zeytun Budağı" bölgələrində isə 6 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin sosial media hesabında yayımlanan açıqlamada bildirilib.

"Qəhrəman Türk Silahlı Qüvvələrimiz, İraqın şimalındakı Gara və Hakurk bölgələrində aşkarladığı 10 PKK terrorçusu, Suriyanın şimalında yerləşən Fərat Qalxanı və Zeytun Budağı bölgələrində isə müəyyən etdiyi 6 PKK/YPG terrorçusunu zərərsizləşdirib.

Harada olursa olsun, terror təşkilatlarına qarşı mübarizəmiz sonuncu terrorçu zərərsizləşdirilənə qədər davam edəcək", - açıqlamada deyilir.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью