Türkiyə ordusu 9 terrorçunu zərərsizləşdirdi

24.11.2024

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Türkiyə Silahlı Qüvvələri antiterror əməliyyatları çərçivəsində PKK/YPG terror qruplaşmasının 9 üzvünü zərərsizləşdirib.

"Unikal" xəbər verir ki, bu barədə məlumatı Türkiyə Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, Suriyanın şimalında yerləşən "Fərat qalxanı" və "Barış bulağı" əməliyyat bölgələrində həyata keçirilən hücumlar hədəfləri tam dəqiqliklə vurub.

Nazirlikdən verilən açıqlamada Türkiyənin terrorla mübarizəni qətiyyətlə davam etdirəcəyi vurğulanıb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью