Türkiyə ordusu əməliyyat keçirdi: 16 terrorçu məhv edildi

08.11.2024

Icma.az, Bakupost saytına istinadən bildirir.

Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında yeni əməliyyat keçirib.

Bakupost.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, əməliyyat nəticəsində İraqın şimalındakı Qara və Hakurk bölgələrində PKK terror təşkilatının 10 üzvü öldürülüb.

Eyni zamanda Suriyanın şimalındakı "Fərat qalxanı" və "Zeytun budağı" bölgələrində 6 PKK/YPG üzvü öldürülüb.

Nazirlikdən vurğulanıb ki, ən sonuncu terrorçu öldürülənədək mübarizə davam edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью