Teleqraf.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında axtarış tədbirləri keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, "Pənçə- Kilit" əməliyyatı çərçivəsində terrorçulara aid çoxlu sayda silah-sursat, o cümlədən üç AK-47 avtomatı və altı daraq, AK-47 avtomatına aid 553 müxtəlif hissə, 6 əl bombası, üç radio, bir telefon və başqa ləvazimatlar ələ keçirilib.