Türkiyə ordusu İraqın şimalında 13 terrorçunu məhv edib

29.11.2024

Missiya.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyə ordusu İraqın şimalındakı Hakurk və Qara bölgələrində 13 PKK terrorçusunu hava əməliyyatı ilə zərərsizləşdirib.

Missiya.Az “STAR”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terroru məhv etmək üçün gözlənilməz, qeyri-adi, sürətli əməliyyatlarını davam etdirir.

“Harada olurlarsa olsunlar, Mehmetçik terrorçuların boynunda olmağa davam edəcək", - deyə vurğulanıb.

 Daşqın Həsənov
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью