Türkiyə ordusu İraqın şimalında 2 terrorçunu məhv edib

24.01.2025

Icma.az xəbər verir, Missiya.az saytına əsaslanaraq.

Türkiyə ordusu İraqın şimalındakı Qara bölgəsində 2 PKK terrorçusunu zərərsizləşdirib.

Missiya.Az “STAR”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Biz terroru mənbəyində məhv etmək əzmindəyik!”, - deyə vurğulanıb.

Qeyd edək ki, Türkiyə ordusu Suriya və İraqın şimalında terrorçulara qarşı aktiv əməliyyatlarını davam etdirir.

Daşqın Həsənov
Missiya.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью