Türkiyə ordusu İraqın şimalında 5 terrorçunu məhv edib

03.12.2024

Missiya.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyə ordusu İraqın şimalındakı Metina bölgəsində həyata keçirilən hava əməliyyatı nəticəsində 5 PKK terrorçusunu zərərsizləşdirib.

Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Türkiyə Silahlı Qüvvələri PKK terror təşkilatını vurmağa davam edir.

Qeyd edək ki, Türkiyə ordusu Suriya və İraqın şimalında terrorçulara qarşı əməliyyatlarını fasiləsiz olaraq davam etdirir.

Daşqın Həsənov
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью