Türkiyə ordusu İraqın şimalında 8 terrorçunu məhv edib

27.11.2024

Icma.az bildirir, Missiya.az portalına istinadən.

Türkiyə orudusu İraqın şimalındakı “Pəncə-Kilid”, Qara və Metina bölgələrində 8 PKK terrorçusunu zərərsizləşdirib.

Missiya.Az “STAR”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Türk Silahlı Qüvvələrimiz millətimizdən aldığı güclə terrorçuları təmizləməyə davam edir”, - deyə vurğulanıb.

Qeyd edək ki, Türkiyə ordusu hazırda Suriya və İraqın şimalında terrorçulara qarşı əməliyyatlarını fasiləsiz olaraq davam etdirir.

Daşqın Həsənov
Missiya.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью