Icma.az, Missiya.az portalına istinadən məlumat verir.
Türkiyə ordusu İraqın şimalında həyata keçirilən hava əməliyyatları nəticəsində Hakurk bölgəsində 6, Qara bölgəsində isə 3 PKK terrorçusunu zərərsizləşdirib.
Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Türk Silahlı Qüvvələrimiz terrorçuların nəfəs almasına imkan vermir və terroru mənbəyində qurudurlar”, - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, Türkiyə ordusu Suriya və İraqın şimalında terrorçulara qarşı əməliyyatlarını fasiləsiz olaraq davam etdirir.
Daşqın Həsənov
Missiya.Az