Türkiyə ordusu Suriyanın şimalında 13 terrorçunu ZƏRƏRSİZLƏŞDİRDİ VİDEO

08.02.2025

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyə ordusu fevralın 8-də 13 YPG terrorçusunu məhv edib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Suriyanın şimalında “Sülh bulağı” antiterror əməliyyatı aparılan ərazidə silahlıların hərəkəti aşkarlanıb. Nazirlik terrorçuların yerləşdiyi ərazilərə endirilən hava zərbələrinin görüntülərini paylaşıb.
“Terrorla mübarizəmizi indiyə qədər etdiyimiz kimi, güzəştə getmədən, eyni əzm və qətiyyətlə davam etdirəcəyik”, - “X” hesabındakı paylaşımda qeyd edilib.

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью