Türkiyə ordusu Suriyanın şimalında 6 terrorçunu məhv edib

27.11.2024

Missiya.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyə ordusu Suriyanın şimalındakı Fərat Qalxanı və Zeytun Budağı bölgələrində 6 PKK/YPG terrorçusunu zərərsizləşdirib.

Missiya.Az “STAR”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Suriyanın şimalında PKK/YPG terrorçularını xəndəklərə basdırmağa davam edirik. Son terrorçu zərərsizləşdirilənə qədər əməliyyatlarımız davam edəcək”, - deyə vurğulanıb.

Qeyd edək ki, Türkiyə ordusu Suriya və İraqın şimalında terrorçulara qarşı əməliyyatlarını fasiləsiz olaraq davam etdirir.

Daşqın Həsənov
Missiya.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью