Türkiyə ordusu Suriyanın şimalında 8 terrorçunu məhv edib

21.02.2025

Missiya.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyə ordusu Suriyanın şimalındakı Fərat Qalxanı antiterror əməliyyatı bölgəsində 8 PKK/YPG terrorçusunu zərərsizləşdirib.

Missiya.Az “STAR”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Suriyanın şimalında PKK/YPG terrorçularını səngərlərdə basdırmağa davam edirik. Son terrorçu zərərsizləşdirilənə qədər əməliyyatlarımız davam edəcək", - deyə vurğulanıb.

Qeyd edək ki, Türkiyə ordusu Suriya və İraqın şimalında terrorçulara qarşı aktiv əməliyyatlarını fasiləsiz olaraq davam etdirir.

Daşqın Həsənov
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью