Türkiyə ordusu Suriyaya girdi Kürdlərə verilən möhlət bitdi VİDEO

08.12.2025

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


Sosial şəbəkələrdə Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyaya daxil olmasını göstərdiyi iddia olunan videolar yayılıb.
Bakupost.az xəbər verir ki, paylaşımlarda TSQ-nın əməliyyatı “üç istiqamətdən” başladığı və “kürd yarqalıların verilmiş 30 günlük möhlətin bitdiyi” bildirilir. Lakin hazıradək məsələ ilə bağlı Türkiyənin Müdafiə Nazirliyi və ya digər rəsmi qurumlardan təsdiqləmə verilməyib.
Yayılan görüntülərdə zirehli texnika və hərbi konvoyun sərhəd xəttinə yaxın ərazilərdə hərəkəti əks olunur. Bəzi regional media orqanları həmin görüntülərin Ras əl-Ayn ətrafında qeydə alındığını iddia edib. Ekspertlər isə videoların tarixinin və lokasiyasının hələlik dəqiqləşdirilmədiyini bildirirlər.
Rəsmi Ankara son aylarda Suriya Demokratik Qüvvələrinin (SDF/YPG) Dəməşq ilə inteqrasiya prosesinin ləngiməsinə etiraz edib, “prosesin icra olunmaması halında alternativ tədbirlərin mümkünlüyünü” açıqlamışdı. Türkiyə rəsmiləri Suriya ərazisində “xarici silahlı yaraqlıların çıxarılması” və “SDF-nin Suriya ordusuna tam inteqrasiyası” tələblərini bir neçə dəfə təkrarlamışdı.
Bununla yanaşı, region üzrə müşahidə qrupları və beynəlxalq media qurumları son saatlara qədər TSQ-nın genişmiqyaslı əməliyyata başladığını təsdiqləməyiblər. Yayılan videoların bir qisminin əvvəlki illərdə keçirilən əməliyyatlardan ola biləcəyi ehtimalı da istisna edilmir.

Cavid, BakuPost
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью