Türkiyə ordusunda bir ilk: Polkovnik Özlem Karapınar general oldu

05.08.2026

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyədə polkovnik Özlem Karapınar Ali Hərbi Şuranın qərarı ilə general-mayor rütbəsinə yüksəldilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bununla da Karapınar Türkiyə Hərbi Hava Qüvvələrinin ilk qadın generalı olub.

Bildirilir ki, Karapınar 30 avqust tarixindən etibarən general-mayor rütbəsində xidmətini davam etdirəcək.

Qeyd edək ki, Ali Hərbi Şuranın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclası zamanı 25 general və admiral daha yüksək rütbəyə, 69 polkovnik isə general və admiral rütbələrinə yüksəldilib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью