Türkiyə ordusundan əməliyyat: 9 PKKçı öldürüldü

12.01.2025

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyanın şimalında həyata keçirdiyi əməliyyat nəticəsində 9 terrorçu öldürülüb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, əməliyyat nəticəsində İraqın şimalındakı "Pençe-Kilit" və Metine bölgələrində PKK terror qruplaşmasının üç üzvünün məhv edildiyini açıqlayıb.

Suriyanın şimalındakı "Fərat qalxanı" və "Sülh çeşməsi" əməliyyat bölgələrində isə daha altı terrorçu zərərsizləşdirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью