Türkiyə ötən il 59 ixrac bəndi üzrə tədarük həcmini artırıb

11.03.2025

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Ankara, 11 mart, AZƏRTAC

2024-cü ilin sonuna qədər Türkiyə istehsalçıları məhsulunun ixracının ümumi həcmi bu ölkənin Ticarət Nazirliyinin müəyyən etdiyi 97 ixrac bəndinin 59-u üzrə artıb.

AZƏRTAC bu barədə Türkiyə Statistika Qurumuna (TÜİK) istinadla xəbər verir.

TÜİK Türkiyənin 2024-cü ildə ixrac həcminin bir əvvəlki ilə görə 2,4 faiz artaraq rekord həddə - 261 milyard 855 milyon dollara çatdığını qeyd edib. Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə Türkiyənin ixrac həcmi 255 milyard 627 milyon dollar olub.

2024-cü ildə Türkiyənin 54 kateqoriya üzrə ixracatı 1 milyard dolları keçib.

Eyni zamanda, Türkiyənin təkcə İT və innovasiya sektoru bir il ərzində 4,9 milyard dollar dəyərində məhsul ixrac edib ki, bu da 2023-cü ilin göstəricisindən iki dəfə çoxdur.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью