Icma.az, Azvision portalına istinadən məlumat verir.
ABŞ-də fəaliyyət göstərən "Algemeiner Journal" yəhudi analitik jurnalı öz mənbələrinə istinadən yazır ki, sözügedən müqavilə Türkiyə-Pakistan ittifaqının formalaşması, Türkiyənin tarixdə ilk dəfə Hind okeanında hərbi mövcudluq əldə etməsi deməkdir:
"Beləliklə, Türkiyə həmin regionda bütün gəmilər, o cümlədən Qırmızı dənizdən keçib İsrailə gedən təchizat marşrutları üzərində potensial təsir imkanı qazanacaq. Bu vəziyyət İsrailin iqtisadiyyatına qarşı mənfi təsir riski daşıyır".
Jurnalın iddiasına görə, müqavilənin hesabına Türkiyə-Pakistan hərbi əməkdaşlığı da tədricən qurula bilər. Bu əməkdaşlıq çərçivəsində Pakistanın nüvə proqramı da Türkiyə üçün qismən əlçatan gala gələcək:
"Ankara gələcəkdə İslamabada maliyyə dəstəyi göstərməklə, siyasi müdafiə təminatı verməklə İsrailə qarşı ikinci nüvə mərkəzini ərsəyə gətirə, regionda "nüvə balansı" yarada bilər".
"Algemeiner Journal" yazır ki, Ankara-İslamabad yaxınlaşması fonunda Türkiyənin öz nüfuz dairəsini şərqə doğru genişləndirməsi hələ ki NATO alyansının diqqətində deyil:
"Bu məqam narahatlıq doğurur. Söhbət Türkiyənin pilotsuz uçuş aparatı (PUA) texnologiyasının Pakistan Ordusuna inteqrasiyasından gedir. Bu o deməkdir ki, NATO çərçivəsində ərsəyə gətirilmiş silah-sursat onun sərhədlərindən kənarda işlədilə bilər. Bu mənzərə göstərir ki, anti-İsrail və anti-Qərb mövqeyinə malik yeni "sünni bloku" formalaşmaqdadır".
Firudin Həmidli
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. "Beləliklə, Türkiyə həmin regionda bütün gəmilər, o cümlədən Qırmızı dənizdən keçib İsrailə gedən təchizat marşrutları üzərində potensial təsir imkanı qazanacaq. Bu vəziyyət İsrailin iqtisadiyyatına qarşı mənfi təsir riski daşıyır".