“Türkiyə Pakistanın hər zaman yanında olub”

13.02.2025

Icma.az, Missiya.az portalına istinadən məlumatı açıqlayır.

"Türkiyə və Pakistan aralarında görünməmiş əlaqələri olan iki ölkədir. Biz hər zaman Türkiyənin yanında olmuşuq”.

Missiya.Az “STAR”a istinadən xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif İslamabadda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə keçirdiyi mətbuat konfransı zamanı deyib.

"Ərdoğan hər fürsətdə müsəlman xalqların, xüsusilə də məzlumların hüquqlarını müdafiə etməyə davam edir. Siz səsinizi qaldıranda dünya bunu açıq şəkildə eşitdi", - deyə Şərif  vurğulayıb.

O qeyd edib ki, Türkiyə hazırda dünyanın ən sürətlə böyüyən və ən sürətlə inkişaf edən ölkələrindən biridir.

Daşqın Həsənov
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью