Türkiyə parlamenti ölkə tarixində ilk iqlim qanununu qəbul edib

03.07.2025

Icma.az bildirir, Azertag portalına istinadən.

Ankara, 3 iyul, AZƏRTAC

Türkiyə Böyük Millət Məclisi (TBMM) ölkə tarixində iqlimlə bağlı ilk qanun layihəsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, yeni tənzimləmənin məqsədlərindən biri 2053-cü ilə qədər Türkiyədə istixana qazı emissiyalarını sıfıra endirmək və Milli Müəyyən Edilmiş Töhfədə (NDCs) müəyyən edilmiş hədəflərə nail olmaqdır.

Ankaranın enerji siyasətinin prioritet istiqamətləri bərpaolunan enerji mənbələrindən aktiv istifadə və yaşıl texnologiyaların tətbiqidir.

Ölkənin 81 vilayətinin hər birində valilərin sədrliyi ilə iqlim dəyişikliyi üzrə Koordinasiya şuraları fəaliyyət göstərəcək və Milli Karbon Emissiyalarının Ticarət Sistemi yaradılacaq.

Qanun layihəsində iqlim dəyişikliyi üzrə yerli fəaliyyət planlarının, həmçinin su ehtiyatlarının səmərəli tənzimlənməsi və meşə sahələrinin artırılması strategiyalarının hazırlanması nəzərdə tutulur.

Digər məsələlərlə yanaşı, təsərrüfat subyektlərinin ətraf mühiti çirkləndirməsini minimuma endirmək üçün xammaldan istifadənin stimullaşdırılması da planlaşdırılır.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью